Arestoviç söz verdi:
“ZELENSKİNİ HƏBS ETDİRƏCƏM, ÖMÜRLÜK!”

Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç hakimiyyətə gələrsə, Vladimir Zelenskini mühakimə edəcəyinə söz verib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hazırda axtarışda olan Arestoviç bu barədə jurnalist Aleksandr Şelestlə onlayn yayımda olarkən danışıb.

 

“İnsanlar məndən tez-tez soruşmağa başlayıblar: prezident olsam, Zelenskini həbs edəcəm? Axı mən bunu necə edə bilərəm? Həbs qərarını məhkəmə verir. Ancaq onun tutulması üçün göstəriş verəcəm”, - o deyib.

 

Arestoviç heç bir xarici ölkənin Zelenskini və onun dəstəsini xilas etməyəcəyini iddia edib: “Biz hamını tutacağıq, harada gizlənməsindən asılı olmayaraq, onları yerin altından çıxaracağıq, geri gətirəcəyik və hökmü canlı efirdə oxuyacağıq”.

 

Onun fikrincə, Zelenskinin “başından bir tük də” əskik olmamalıdır, o, ömürlük həbsdə yatmalıdır.

 

Qeyd edək ki, bəzi iddialara görə, Qərb Arestoviçə “Zelenskini əvəzləyəcək ehtiyat kadr” kimi baxır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.