Avropa Birliyi (AB) ölkələri Ukraynanın mineral ehtiyatlarının işlənməsi və nadir torpaq metallarının ABŞ-dan ayrıca çıxarılması ilə bağlı Kiyevlə öz razılaşmasını müzakirə edir.
Bunu Avropa Komissiyasının vitse-prezidenti Stefan Sejurne deyib.
“Avropanın ehtiyac duyduğu 30 kritik mineraldan 21-i Ukrayna tərəfindən qarşılıqlı faydalı tərəfdaşlıq çərçivəsində təmin edilə bilər”, - Sejurne bildirib.
Sejurne potensial sazişin şərtləri və AB ölkələrinin iddia etdiyi mineralların siyahısını təqdim etməyib.
Axar.az xatırladır ki, bundan öncə alman politoloq Ukraynanın sərvətinin işlənməsində Almaniyanın da maraqlı olduğunu bildirmişdi.