Ukraynanın yenidən qurulması
TÜRKİYƏYƏ TƏKLİF OLUNDU

Ukrayna müharibədən sonra ölkənin yenidən qurulmasını Türkiyəyə təklif edib.

 

Bu barədə “Türkiye” nəşri məlumat yayıb.

 

Bildirilib ki, Türkiyənin Kiyevdəki səfirliyinin rəsmiləri və Ukraynanın İcmaların və Regionların İnkişafı Nazirliyinin nəzdində fəaliyyət göstərən İnfrastrukturun İnkişafı və Yenilənməsi üzrə Dövlət Agentliyinin rəsmiləri türk şirkətlərinin Ukraynada həyata keçirdikləri layihələri və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

 

Ukrayna rəsmiləri bildiriblər ki, ölkənin yenidən qurulması prosesinin planlaşdırılması davam edir və bu il həyata keçiriləcək bəzi təxirəsalınmaz layihələr üçün aprel və may aylarında tenderlərin keçirilməsi gözlənilir.

 

O da gündəmə gətirilib ki, İnfrastrukturun İnkişafı və Yenilənməsi Dövlət Agentliyinin qarşısında duran əsas prioritet məqsəd avtomobil yollarında mövcud gömrük qapılarının yenilənməsi, yenilərinin tikintisi və ölkə ərazisində qüvvədə olacaq ödənişli avtomobil yolları sisteminin yaradılmasıdır. Ukrayna tərəfi bu kontekstdə 2025-ci ildə tenderin keçirilməsinin planlaşdırıldığını açıqlayıb. Ukrayna rəsmiləri 2025-ci ildə həyata keçirilməsi planlaşdırılan digər mühüm layihələrlə bağlı da Türkiyə tərəfinə sənəd təqdim ediblər. Sənəddə bəzi enerji və enerji səmərəliliyi layihələri, sosial ev layihələri və su təchizatı layihələrinin olduğu bildirilir.

 

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna lideri Volodimir Zelenski ötən həftə Ankarada görüşüblər. Ərdoğan Zelenskiyə Türkiyə şirkətlərinin Ukraynaya müharibənin dağıntılarının aradan qaldırılmasında dəstək verməyə hazır olduqlarını bildirmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.