Baş nazir Benyamin Netanyahunun başçılıq etdiyi İsrailin siyasi rəhbərliyi orduya Qəzza zolağında hərbi əməliyyatların bərpasına dərhal hazırlaşmağı əmr edib.
Bu barədə “Kan” radiostansiyası məlumat yayıb.
“Ynet” portalı bildirib ki, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir Fələstin anklavına qarşı yeni hücum planını təsdiqləyib. Nəşr qeyd edib ki, yəhudi dövləti münaqişənin genişlənməsinə hazırlaşır, HƏMAS isə qüvvələrini yenidən qruplaşdırır və müdafiəsini gücləndirir.