Azərbaycan qeyri-neft-qaz ixracını 7 %-ə yaxın artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % artaraq 485 milyon ABŞ dolları təşkil edib.


Senzor.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən bildirir ki, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 12,3 % artaraq 153,9 milyon ABŞ dolları olub.


Hesabat dövründə aqrar məhsullarının ixracının dəyəri 9,5 % artaraq 119,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracının dəyəri 17,7 % artaraq 43 milyon ABŞ dolları olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracının dəyəri 11,6 % artaraq 162,8 milyon ABŞ dolları təşkil edib.


İl ərzində qara metallar və ondan hazırlanan məmulatların ixrac dəyəri 66,9 %, şəkər və şəkərdən hazırlanan qənnadı məhsullarının ixrac dəyəri 47 %, alkoqollu və alkoqolsuz içkilərin ixrac dəyəri 10,2 %, kimya sənayesi məhsullarının ixrac dəyəri 30 %, çayın ixrac dəyəri 21,3 %, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri isə 2,8 % artıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.