İstanbulda İran kəşfiyyatına məlumat ötürən 5 nəfər saxlanıldı
VİDEO

Türkiyənin üç vilayətində İstanbul Baş Prokurorluğu və Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyası ilə keçirilən genişmiqyaslı əməliyyat nəticəsində İran kəşfiyyatına məxfi məlumatlar ötürən beş şübhəli şəxs saxlanılıb.

 

Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, istintaq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat əməkdaşlarına məlumatların ötürülməsi faktı aşkar edildikdən sonra başlayıb.

 

Məlumata görə, bir qrup şəxs Türkiyədəki hərbi bazalar, strateji əhəmiyyətli obyektlər və kritik əhəmiyyətli nöqtələr haqqında məlumatların toplanması ilə məşğul olub. Bu məlumatlar daha sonra İran kəşfiyyat xidmətinin nümayəndələrinə ötürülüb.

 

Əməliyyat İstanbul, Antalya və Mersin daxil olmaqla üç vilayətdə keçirilib. Əvvəlcədən müəyyən edilmiş ünvanlara edilən reydlər nəticəsində beş şübhəli şəxs saxlanılıb.

 

Hazırda saxlanılan şəxslərlə bağlı istintaq tədbirləri davam edir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.