Sosial Hüquqlar Mərkəzinin rəhbəri barəsində axtarış elan edildi

Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib.

 

APA-nın əldə etdiyi məlumata görə, S.Həsənli Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi üzrə cəlb olunub.

 

Məlumata görə, Sübhan Həsənli 2020-2021-ci illərdə ABŞ-ın "FH1360" humanitar təşkilatı, Müharibə və Sülh Hesabatı İnstitutu ilə müqavilələr bağlayıb.

 

O, aldığı qrantları "xidmət müqaviləsi" ilə ölkəyə gətirib və leqallaşdırıb.

 

Guya bu beynəlxalq təşkilatlara xidmət göstərib və bunun əvəzində "xidmət haqqı" alıb. Əslində isə qrantlar bu adla rəsmiləşdirib, daha sonra isə həmin vəsaitlərlə maliyyə əməliyyatları aparıb, leqallaşdırıb.

 

Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.2.3 (öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

 

Lakin istintaqdan qaçıb gizlənib.

 

Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Barəsində axtarış elan edilib.

 

Qeyd edək ki, Sosial Hüquqlar Mərkəzi dövlət qeydiyyatından keçməyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.