ABŞ Ukraynaya hərbi yardımın və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edib.
Senzor.az bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Aleksus Qrinkeviç jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
O bildirib ki, hər şey əvvəlki kimi davam edir.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın Ukraynaya hərbi yardımı və kəşfiyyat məlumatlarının mübadiləsini dayandırması barədə məlumat yayılmışdı.