ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.
Senzor.az yerli KİV-ə istinadən bildiriк ki, Tramp danışıqların çox yaxşı keçdiyini söyləyib.
"Az əvvəl Ukrayna Prezidenti Zelenski ilə çox yaxşı telefon danışığı keçirdik. Təxminən bir saat davam etdi. Söhbətin böyük hissəsi Putinlə dünənki danışığımız əsasında Rusiya və Ukraynanın tələbləri və ehtiyaclarını uyğunlaşdırmağa həsr olundu", - deyə ABŞ lideri vurğulayıb.
Amerikalı liderin sözlərinə görə, o, ABŞ dövlət katibi Marko Rubio və milli təhlükəsizlik məsələləri üzrə müşavir Maykl Uoltsdan müzakirə edilən məsələlərin dəqiq təsvirini verməyi xahiş edib. Müvafiq bəyanat tezliklə dərc olunacaq.