Türkiyə Milli Təhlükəsizlik Şurasının Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclası başa çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, iclas təxminən 2,5 saat davam edib.
Müzakirələr zamanı terror təşkilatlarına qarşı keçirilən əməliyyatlardan və Türkiyənin Suriyada daimi sülh və sabitliyin təmin edilməsində rolundan danışılıb. Bununla yanaşı, Qəzzanın yenidən qurulması səylərinin davam etdiriləcəyi bildirilib.
Həmçinin qeyd olunub ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin sülhlə başa çatması, davamlı sülhün bərqərar olması üçün təşəbbüs göstərəcək.
Türkiyənin Bosniya və Herseqovinanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyi də iclasın müzakirə mövzusu olub.
Son olaraq bildirilib ki, Türkiyənin geosiyasi mövqeyi və üstün hərbi qüdrəti regionun rifahına, sülh və əmin-amanlığına xidmət edəcək. Bu prosesdə Türkiyə-Avropa İttifaqı əlaqələrinin ümumi şəkildə canlanmasında və Avropa təhlükəsizliyinin planlaşdırılmasında Türkiyənin əvəzsiz rolu var.
**13:56
Martın 20-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası keçiriləcək.
Məlumatı Türkiyənin “Sabah” qəzeti yayıb.
Bildirilib ki, Suriyadakı vəziyyət, Qəzza zolağı, Ukraynadakı müharibə, Rusiya və ABŞ arasında aparılan danışıqlar, həmçinin Türkiyə rəsmilərinin Suriyaya baş tutan səfəri müzakirə olunacaq.
Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlunun saxlanılması və ölkədaxili son proseslər TŞ-nin gündəliyinə daxil edilməyib.