Gürcüstanın Prezidenti, Baş naziri və parlament sədri Marneulidə Novruz Bayramına qatılıblar - FOTO

Gürcüstanın Marneuli şəhərində Novruz Bayramı münasibətilə bayram tədbiri keçirilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, tədbirdə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze, Parlamentin sədri Şalva Papuaşvili və digər rəsmi şəxlər iştirak edərək, bayram münasibətilə təbriklərini çatdırıblar.

 

Bayram şənliyi martın 21-də saat 11:00-da Marneuli Meriyasının qarşısında start götürüb.

Ali qonaqlar bayram münasibəti ilə təşkil edilmiş sərgi pavilionlarına baxış keçiriblər.

 

Daha sonra Gürcüstanın Prezidenti, Baş naziri və parlament sədri bayram münasibəti ilə təşkil edilən Novruz tonqalını alovlandırıblar.

 

Tədbir çərçivəsində teatrlaşdırılmış yürüş, etno guşə, idman yarışları, uşaq əyləncə zonası, foto və “Gifer” zonaları, eləcə də yerli sahibkarların sərgi-satışı təşkil edilib. Qızıl Xaç və Marneuli Mədəniyyət Mərkəzinin “Rəsm Studiyası” tərəfindən də sərgi təqdim olunub. 

Bayram proqramı çərçivəsində geniş konsert də nəzərdə tutulub. Saat 13:45-dən 17:40-dək davam edəcək tədbirdə Marneuli Mədəniyyət Mərkəzinin müğənniləri və qrupları, Ariz Hüseynov, “Kuçis Biçebi” qrupu və Azərbaycandan xüsusi olaraq dəvət olunmuş sənətçilər səhnəyə çıxacaq.

 

Bayram gecəsi DJ şousu və möhtəşəm atəşfəşanlıqla yekunlaşacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.