Ukrayna rəhbərliyi prezident seçkilərinin keçirilməsinə razılıq verib - TRAMPIN XÜSUSİ ELÇİSİ

Ukrayna rəhbərliyi prezident seçkilərinin keçirilməsinə razılıq verib.

 

Senzor.az bildirir ki, bunu ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

 

T.Karlson Rusiya tərəfinin “Ukraynanın hazırkı lideri seçilməyib və buna görə də bu ölkə ilə razılaşma bağlamaq mümkün deyil” mövqeyini səsləndirib və soruşub: “Sizcə, Ukraynada seçkilər keçiriləcəkmi?”.

 

“Bəli, seçkilər keçiriləcək. Onlar (Ukrayna rəhbərliyi) artıq buna razılıq veriblər. Ukraynada seçkilər keçiriləcək”, – deyə Uitkoff cavabında bildirib.

 

O həmçinin qeyd edib ki, növbəti həftə ərzində Qara dənizdə döyüş əməliyyatlarının dayandırılması haqqında saziş qüvvəyə minə bilər.

 

“Ukrayna Rusiya gəmilərini, Rusiya da Ukrayna gəmilərini atəşə tutur. İndi biz buna keçmişik və bu, növbəti həftə və ya təxminən o vaxt həyata keçiriləcək. Müzakirə edilməli bəzi təfərrüatlar var, lakin bu, söhbətin bir hissəsinə çevrilib. Bu vacibdir. Əslində, çox vacibdir”, – diplomat vurğulayıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.