Ukrayna Prezidenti Volodimir Zelenski Donetskə gedib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna liderinin Teleqram kanalında məlumat paylaşılıb.
Səfər zamanı “Pokrovsk” taktiki qrupunun komanda məntəqəsi və Ukrayna Silahlı Qüvvələrinin ən yaxşı pilotsuz bölmələrini birləşdirən “Dron xətti”nin komandirləri ilə görüş keçirilib.
Pokrovski istiqamətinin müdafiəsi, əməliyyat vəziyyəti, tapşırıqların icrası haqqında məruzə dinləyən Zelenski, bir sıra hərbçiləri təltif edib.