Ermənistan baş naziri Nikol Paşinyan Gürcüstana işgüzar səfərə gedib.
Senzor.az Gürcüstanın hökumət administrasiyasına istinadən bildirir ki, N. Paşinyan Tbilisidə gürcü həmkarı İrakli Kobaxidze ilə görüşüb.
Qeyd olunub ki, tərəflər təkbətək görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərini və ikitərəfli münasibətlərin inkişafının müsbət dinamikasını müzakirə ediblər.
“Söhbət zamanı həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın xüsusi əhəmiyyəti vurğulanıb və regionda sülh və sabitliyin təmin edilməsində birgə səylərin rolu qeyd edilib”, - deyə məlumatda vurğulanıb.