"Qardaşla qardaşın arasını vurmaq üçün oyun oynadılar. Ünvan kimi küçəni göstərdilər".
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tələbələrlə iftarda ölkədəki son proseslərdən danışarkən deyib.
“Gərginliyi artırdılar, gənclər arasında nifrət toxumu səpdilər. Gənclərimizi bir-birinə qarşı qoydular”, - o qeyd edib.
Ərdoğan, həmçinin gənclərə səslənib: “Biz ölkəmizi küçə terroruna təslim edə bilmərik, çox-çox diqqətli olun. Bu ölkə küçələrdə qurulmayıb. Küçələrdə terror törədənlərin getməyə yerləri yoxdur. Onların getdiyi yol dalana dirənir”.