Pezeşkian Urmiya gölünə getdi

İran Prezidenti Məsud Pezeşkian Urmiya gölünün vəziyyətini qiymətləndirmək və onun bərpası istiqamətində görülən işlərlə tanış olmaq üçün sözügedən ərazidə olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, Urmiya gölünün 26 bənddən ibarət fəaliyyət planının iyirmi il əvvəl hazırlandığını, lakin sənədin böyük hissəsinin hələ də icra olunmadığını xatırladıb.

 

Pezeşkian effektiv həll yollarını müəyyən etmək üçün həm yerli, həm də beynəlxalq ekspertlərlə məsləhətləşmələrin aparılacağını açıqlayıb: “Biz universitet professorlarını, tədqiqatçıları və mütəxəssisləri cəlb etməyə çalışırıq və irəliyə doğru düzgün yollar tapmaqda bizə kömək etmək üçün xarici təcrübədən istifadə etməyi planlaşdırırıq. O cümlədən, təmizlənmiş tullantı sularının yönləndirilməsi, Zərrineh və Simine çaylarından gələn axının idarə olunması ilə bağlı müxtəlif təklifləri nəzərdən keçiririk”, - deyə o vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.