İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Məclisinə keçirilən seçkidə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Nuri Aslan İBB sədri vəzifəsini icra edəcək şəxs olaraq seçilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, müxalif siyasətçi 177 səs toplayıb.
Yeri gəlmişkən, Türkiyənin hakim partiyası (AK Parti) bu posta Zeynel Abidin Okulu namizəd göstərmişdi.
Xatırladaq ki, İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı korrupsiya və terror araşdırması ilə bağlı aparılan məhkəmə prosesi başa çatıb. Məhkəmə aralarında İBB sədri Əkrəm İmamoğlu da olmaqla 18 nəfərin həbsinə qərar verib.