Zelenski Parisdə Makronla görüşdü...
FRANSA UKRAYNAYA 2 MİLYARD AVRO HƏRBİ YARDIM AYIRACAQ

Fransa və Ukrayna prezidentləri Emmanuel Makronla Volodimir Zelenski Parisdə görüşüblər.

 

Bu barədə “RBC-Ukrayna” məlumat yayıb.

 

Bildirilib ki, görüş Ukraynada sülhməramlıların yerləşdirilməsinin müzakirə olunacağı sammit ərəfəsində olub.

 

Digər bir məlumatda isə bildirilir ki, Emmanuel Makron Yelisey sarayında V. Zelenski ilə birgə mətbuat konfransında Parisin Kiyevə 2 milyard avro məbləğində yeni hərbi yardım paketi ayırdığını bəyan edib: “Bu gün Ukraynaya 2 milyard avro məbləğində yeni dəstək paketi barədə elan etmək istərdim. Bu dəstək Ukrayna Silahlı Qüvvələrinin prioritet ehtiyaclarına uyğun olmalıdır”.

 

Fransa prezidenti qeyd edib ki, yardım paketinə MILAN tank əleyhinə raketlər; hava hücumundan müdafiə vasitələri: MICA raketləri; aviasiya üçün raketlər (“Mirage” təyyarələrinin təchizatı); “Mistral” yerüstü müdafiə raketləri; AMX-10RC zirehli maşınları; distant idarə olunanlar da daxil olmaqla döyüş sursatları daxildir.

 

Bundan başqa, Fransanın müdafiə müəssisələri ilə əməkdaşlıq çərçivəsində Ukraynada texnika istehsalı maliyyələşdiriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.