Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının birinci xanım Mehriban Əliyeva ilə Ağdamın Sarıcalı kəndinə səfərindən görüntülər paylaşılıb.
Senzor.az paylaşımı təqdim edir:
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə birinci xanım Mehriban Əliyeva Ağdam və Şuşaya səfər ediblər.
**10:32

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
Senzor.az bildirir ki, dövlət başçısı və birinci xanım görülən işlərlə tanış olub, yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışını ediblər.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalıda inşa olunan fərdi evlərdə yaradılan şəraitə baxıb, körpələr evi-uşaq bağçası və tam orta məktəb binasının açılışlarında iştirak edib, yeni mənzillərə köçən sakinlərlə görüşüb və evlərin açarlarını onlara təqdim ediblər.