Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının birinci xanım Mehriban Əliyeva ilə Şuşaya səfərindən görüntülər paylaşılıb.
Senzor.az paylaşımı təqdim edir:
**12:35
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Şuşada tarixi Çöl Qala məscidi və bulağının bərpadan sonra açılışında iştirak edib, iaşə obyektlərində yaradılan şəraitlə, Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə tanış olublar.
Senzor.az bildirir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.