Türkiyə Silahlı Qüvvələri son bir həftədə 14 terrorçu öldürüb.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanvarın 1-dən bu günə qədər İraq və Suriyanın şimalında keçirilən əməliyyatlar zamanı öldürülən terrorçuların sayı 537 olub.
"PKK/KCK-PYD/YPG, FETÖ, İŞİD terror təşkilatları başda olmaqla, hər cür təhdid və təhlükəyə qarşı əməliyyatlar fasiləsiz şəkildə uğurla həyata keçirilir", - məlumatda qeyd olunub.