Günəşdə ən güclü X sinfinin şiddətli alışması baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
“Martın 28-də Moskva vaxtı ilə saat 18:20-də (Bakı vaxtı ilə 19:20) rentgen diapazonunda (N05E81) 41 dəqiqə davam edən X1.1 alışması qeydə alınıb”.
Yeri gəlmişkən, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilin əvvəlində Günəş aktivliyinin əhəmiyyətli dərəcədə artdığını bildirmişdi.