“Starlink” rəsmən Azərbaycanda - AYLIQ ABUNƏ HAQQI...
FOTO

Azərbaycanda “Starlink” qlobal peyk rabitə sisteminin xidmətləri rəsmən istifadəyə verilib.

 

Senzor.az bildirir ki, bu barədə peyk şəbəkəsinin X hesabında paylaşım edilib.

 

Bildirilib ki, “Starlink”in yüksək sürətli və aşağı gecikməli internet xidməti artıq Azərbaycanda mövcuddur: “Azərbaycanlı istifadəçilər "Starlink" xidmətindən yararlanmaq üçün müəyyən şərtləri yerinə yetirməlidirlər. İlk növbədə 670 manata "Starlink Standart Kit" əldə etmək lazımdır. Daha sonra 50 manat çatdırılma ödənişi və 100 manat aylıq abunə haqqı ödənilməlidir”.


Qeyd edək ki, "Starlink" qlobal peyk rabitə sistemidir. "Starlink" şəbəkəsi dünyanın istənilən yerindən İnternetə çıxışı təmin edir. Terminallar rabitə infrastrukturunun inkişaf etmədiyi ucqar və əlçatmaz regionlarda siqnal qəbul etmək qabiliyyətinə malikdir. Trafik sürəti 1 Gbit/s təşkil edir ki, bu da beşinci nəsil mobil rabitə standartına (5G) uyğundur. Bir neçə min cihaz aşağı Yer orbitində, yəni Yer səthindən 550 km-ə qədər məsafədə, digər qurğular isə daha yüksəkdə yerləşir.

 

Hazırda “Starlink” ABŞ, Kanada, Avstraliya, Avropa ölkələri, Latın Amerikası və Afrikanın bəzi ölkələrində mövcuddur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.