“Volodimir Zelenski hələ də Ukraynanın NATO-ya üzv olmasını istəyir, lakin bu heç vaxt baş verməyəcək”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“O, heç vaxt NATO-nun üzvü olmayacaq. Zelenski bunu anlayır”, - Ağ Ev rəhbəri qeyd edib.
Bundan əlavə, Tramp Zelenskiyə nadir torpaq metalları üzrə sövdələşmədən imtinaya görə böyük problemlər vəd edib.