Mask Avropada terror təhlükəsi barədə
XƏBƏRDARLIQ ETDİ

ABŞ-da Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən iş adamı İlon Mask Avropada terror dalğası təhlükəsi barədə xəbərdarlıq edib.

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə o, İtaliyada hakim koalisiyaya daxil olan "Liqa" partiyasının Florensiyada keçirilən qurultayına videobağlantı vasitəsilə qoşularkən danışıb.

 

"Terrorçuluq Avropada kütləvi qırğınlara səbəb olacaq, dostlarınız, yaxınlarınız, hər kəs təhlükə altındadır. Çünki biz İtaliyada və ümumilikdə Avropada hücumların əhəmiyyətli dərəcədə artacağını görəcəyik və media bu cür hücumların təhlükəsi barədə susmağa çalışır. Biz Avropada qırğınların şahidi olacağıq. Bu, artıq tendensiyadır", - deyə Mask bildirib.

 

X, "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri daha əvvəl istənilən ölkəni məhv edə biləcək kütləvi miqrasiyanın təhlükələri barədə xəbərdarlıq etmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.