Sahibə Qafarova Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasimində...
FOTO

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Özbəkistanın paytaxtı Daşkənddə Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasiminə qatılıb.

 

Bu barədə Senzor.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

"Daşkənd şəhərində Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasimi keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova mərasimdə iştirak edib", – məlumatda qeyd olunub.

 

Tədbirdə çıxış edən Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, təşkilatın Baş katibi Martin Çunkonq mərasim iştirakçılarını salamlayaraq, Assambleya çərçivəsində müzakirə olunacaq mövzuların aktuallığı ilə bağlı fikirlərini səsləndiriblər.

 

Qeyd edək ki, spiker Sahibə Qafarovanın Assambleyada çıxışı nəzərdə tutulub. Azərbaycan parlamentinin sədri həmçinin tədbir çərçivəsində bir sıra ölkələrin qanunverici orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.