Fransada terror aktı hazırlayan radikallar saxlanıldı

Fransanın şimalında 3 radikal islamçı terror aktı planlaşdırmaqda şübhəli bilinərək həbs edilib.

 

"Le Parisien" qəzetinin verdiyi məlumata görə, axtarış zamanı onların üzərində detonatorlu jilet aşkarlanıb.

 

Saxlanılanlar 19-24 yaş arasındadır, ölkənin şimalında yerləşən Lill və Dunkerk kommunalarının yerli sakinləridir. Onlardan ən gənci qruplaşmanın lideri hesab olunur - o, messencer vasitəsilə şəriklərini "kafirləri qan içində boğmağa" çağırıb və Fransada əvvəllər törədilmiş terror aktlarını tərənnüm edib.

 

O, bundan əvvəl də internetdə təqiblərə, o cümlədən ölümlə hədələrə məruz qalan Mila adlı fransız qadına qarşı İslam haqqında açıq danışdığına görə təhdidlər etdiyi üçün hüquq-mühafizə orqanlarının diqqətini çəkib. Bundan əlavə, İŞİD-ə sədaqət andı yazıb.

 

Həmin şəxslər onlardan birinin qohumunun tədbir görmək niyyəti ilə bağlı şübhələri barədə hüquq-mühafizə orqanlarına məlumat verməsindən sonra saxlanılıb. Fransa polisi Daxili Təhlükəsizlik Baş İdarəsinin nümayəndələri ilə birlikdə onların evlərində axtarışlar aparıb. Onların evlərdə üzərində partlayıcı maddə olan jilet hazırladıqları məlum olub: o, sadə fişənglərlə təchiz edilib. Onların kompüterlərindəki internet axtarış tarixçəsi güclü partlayıcı hazırlamaqla bağlı sorğulardan ibarət olub.

 

İndi müstəntiqlər potensial terrorçuların hücuma hazırlıq dərəcəsini və onun gözlənilən vaxtını müəyyən etməlidirlər. Radikallar müxtəlif ictimai yerləri, o cümlədən ölkənin şimalındakı gənclər yataqxanasını, restoranı, gecə klubunu və yəhudi icmasına məxsus obyekti hədəf kimi müzakirə ediblər. Saxlanılanlardan ikisi barəsində həbs-qətimkan tədbiri seçilib, üçüncüsü isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb - hələlik o, yalnız cinayət barədə məlumat vermədiyinə görə məsuliyyətə cəlb oluna bilər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.