İraqda İranın dəstəklədiyi qüvvələr tərksilah olmağa hazırdır

İraqda İranın dəstəklədiyi bir neçə güclü milis qrupu Tramp administrasiyası ilə münaqişənin gərginləşməsinin qarşısını almaq üçün tərksilah olmağa hazırdır.

 

Məlumatı “Reuters“ yayıb.

 

10 yüksək rütbəli komandir və İraq rəsmisi agentliyə bildiriblər ki, gərginliyin azaldılması istiqamətində atılan addım Trampın yanvarda hakimiyyətə gəlməsindən sonra ABŞ rəsmilərinin İraq hökumətinə özəl olaraq təkrar etdiyi xəbərdarlıqlardan sonra atılıb.

 

“İraqda İranın dəstəklədiyi bir neçə güclü milis qrupu Tramp administrasiyası ilə artan münaqişə təhlükəsinin qarşısını almaq üçün ilk dəfə tərksilah olmağa hazırdır”, - mənbələrin məlumatında deyilir.

 

Mənbələrin sözlərinə görə, Ağ Ev rəsmilərinin Bağdada xəbərdarlığında qeyd edilib ki, əgər İraq öz ərazisində fəaliyyət göstərən milisləri dağıtmaq üçün hərəkətə keçməsə, ABŞ hava hücumları ilə qrupları hədəfə ala bilər.

“Bir sözlə, Tramp müharibəni növbəti mərhələyə keçirməyə hazırdır. Biz bu ssenaridən qaçmaq istəyirik”, - qruplaşma nümayəndələrindən biri vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.