Rusiya bu ilin mayına qədər Qafanda Baş konsulluğun açılış vaxtı barədə konkret razılaşmalara nail olmağı planlaşdırır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, bu, ticarət və investisiya, ictimai-təhsil, mədəni-humanitar əməkdaşlığın dərinləşməsinə, bu ərazi ilə Rusiyanın regionları arasında qarşılıqlı faydalı əlaqələrin qurulmasına təkan verəcək.
Zaxarova əlavə etdi ki, Rusiya Federasiyası Baş konsulluğunun açılması "Sünik bölgəsinin dinamik, dinc, təhlükəsiz inkişafı üçün etibarlı sığorta"olacaq.