"Ermənistan və İran silahlı qüvvələrinin xüsusi təyinatlı bölmələri birgə təlimlərə başlayıb".
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları komandanının müavini Vəliyullah Mədəni deyib.
Onun sözlərinə görə, təlimlər iki ölkənin ərazisində keçirilir: "Hərbi təlimlər Ermənistan-İran sərhədində yerləşən Norduz nəzarət-buraxılış məntəqəsinə şərti terrorçu qrupların hücumunun zərərsizləşdirilməsi üzrə hərəkətləri nəzərdə tutur".