Amerika Birləşmiş Ştatları dünyada heç kimin haqqında məlumatı olmadığı ən güclü silaha malikdir.
Senzor.az bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə mətbuat nümayəndələri ilə görüşü zamanı deyib.
"Bizim heç kimin zərrə qədər təsəvvürü olmayan silahımız var. Bu, dünyada ən güclü silahdır", - deyə Tramp vurğulayıb.
Bununla belə o, söhbətin hansı silahdan getdiyini açıqlamayıb.
Ağ Ev rəhbəri, həmçinin Amerikanın Avropadakı hərbi mövcudluğunun azaldılması ehtimalını istisna etməyib və belə bir qərarın veriləcəyinin mövcud şərtlərdən asılı olacağını vurğulayıb.