Azərbaycanda Türkiyə və İsrail rəsmiləri arasında görüş keçirilib.
“NTV” portalı xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyindəki mənbə açıqlayıb.
Bildirilib ki, Türkiyə və İsrail nümayəndələri dünən keçirilən görüş zamanı Suriyada gərginliyin azaldılması mexanizmlərinin yaradılmasına dair müzakirələr aparıblar.
Görüşlə bağlı digər detallar açıqlanmayıb.