Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə gedib.

 

Senzor.az bildirir ki, Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşılayıblar. 


Qeyd edək ki, Antalya Diplomatik Forumu Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən 2021-ci ildən təşkil olunan beynəlxalq forumdur. Forum müxtəlif ölkələrdən nüfuzlu siyasətçiləri, dövlət və hökumət başçılarını, xarici işlər nazirlərini bir araya gətirir.

 

“Parçalanmış dünyada diplomatiyanın bərpası” (Reclaiming Diplomacy in a Fragmented World) mövzusuna həsr olunmuş IV Antalya Diplomatik Forumu 11-13 aprel tarixlərində baş tutacaq. Forumda iştirak etmək üçün müxtəlif ölkələrdən 250-yə yaxın nümayəndə qeydiyyatdan keçib. Onların arasında dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, vitse-prezidentlər, xarici işlər nazirləri və xarici siyasət məsələləri ilə məşğul olan siyasətçilər, dövlət xadimləri yer alırlar.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.