Tramp Yaxın Şərq üzrə nümayəndəsini Moskvaya göndərdi
3-cü DƏFƏ

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiven Uitkofa məxsus olduğu iddia edilən təyyarə Rusiyanın paytaxtı Moskvaya eniş edib.

 

Rusiyanın aviasiya xidmətinə istinad edən “İnterfax” agentliyinin yazdığına görə, bir gün əvvəl Mayamidən havaya qalxan “Biznes-jet” təyyarəsi artıq Rusiyaya enib. Açıq mənbələrdə bu təyyarədən Stiven Uitkoffun istifadə etdiyi bildirilir.

 

Bundan əvvəl vəziyyətlə tanış olan mənbəyə istinad edən “Axios” portalı Donald Trampın xüsusi nümayəndəsinin Rusiyaya uçduğunu və onun cümə günü prezident Vladimir Putinlə görüşə biləcəyini yazıb.

 

Portal həmçinin Vaşinqtonun Moskvaya qarşı yeni sanksiyalar tətbiq etməsi ehtimalına diqqət çəkib. Onun fikrincə, Tramp Ukraynada atəşkəs danışıqlarında irəliləyişin olmamasından narazıdır və bu yaxınlarda Moskvanın mövqeyindən “qəzəbləndiyini” söyləyib.

 

“Əgər bu ayın sonuna qədər atəşkəs razılaşması əldə olunmasa, Tramp ya icra sərəncamı ilə, ya da Konqresdən yeni sanksiya qanunlarının qəbulunu tələb etməklə Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edə bilər”, - portal məsələ ilə bağlı anonim mənbədən sitat gətirib.

 

“Axios” qeyd edib ki, bu, Uitkoff və Putin arasında üçüncü görüş olacaq. 

 

ABŞ Dövlət departamenti Trampın xüsusi nümayəndəsinin Rusiyaya bu səfəri ilə bağlı portalın şərh barədə sorğusuna cavab verməyib.

 

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.