Əkrəm İmamoğlu hakim qarşısına çıxarıldı
VİDEO

Bu gün İstanbul Böyük Şəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu Silivridə hakim qarşısına çıxarılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məhkəmə prosesi İmamoğlunun İstanbulun baş prokuroru Akın Gürlek və ailəsinə qarşı səsləndirdiyi ifadələrə görə “hədə” və “terrorizmlə mübarizə aparan şəxsləri hədəf göstərmə” ittihamları üzrə keçirilib. 

 

Prosesdə İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlu, oğlu Selim İmamoğlu, millət vəkilləri də iştirak ediblər. Məhkəmə iyunun 16-na təxirə salınıb. Sözügedən ittiham üzrə İmamoğluna 7 il 4 aya qədər həbs tələb olunub.

 

Türkiyə mediasında İstanbulun sabiq merinin məhkəmə zalından görüntüsü də yayılıb. 

 

Xatırladaq ki, martın 23-də Ə.İmamoğlu haqda İstanbul Böyük Şəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs qərarı verilib. Daha sonra, Türkiyə Daxili İşlər Nazirliyi merin vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb. Bildirilib ki, qərar müvəqqəti xarakter daşıyır və istintaq müddətini əhatə edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.