Yunanıstan Türkiyənin xəbərdarlığından sonra son ay yarımda ikinci dəfə Egey dənizinin cənubunda sualtı elektrik kabelinin çəkilməsi layihəsini təxirə salmaq məcburiyyətində qalıb.
“Teleqraf” xəbər verir ki, Yunanıstan xarici işlər naziri Yorqo Yerapetritis layihənin əlverişli zamanda həyata keçiriləcəyini bildirib, amma konkret tarix göstərməyib. Yunan mediası baş verənləri “Afinanın Ankara qarşısında geri addım atması” kimi şərh edib.
Türkiyə Müdafiə Nazirliyi bundan əvvəl məsələ ilə əlaqədar Afinaya xəbərdarlıq etmişdi. Nazirlik layihənin reallaşdırılması üçün Türkiyənin hüquq və maraqlarının nəzərə alınmalı olduğunu bildirmişdi.