Aprelin 12-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "X" sosial media hesabında məlumat yayıb.
Qeyd olunub ki, Ceyhun Bayramov və Ararat Mirzoyan arasındakı ikitərəfli görüş Türkiyədə keçirilən Antalya Diplomatik Forumu çərçivəsində baş tutub.
Tərəflər görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sülh Sazişi mətninin yekunlaşdırılmasından sonra normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə ediblər.
Nazirlər dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.