İran-ABŞ danışıqları başa çatıb - YENİLƏNİB, FOTO

İranın xarici işlər naziri Abbas Araqçi ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında keçirilən dolayı danışıqlar bir neçə dəqiqə əvvəl başa çatıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran XİN məlumat yayıb.

 

Omanın xarici işlər naziri iki tərəf arasında fikir və təklifləri çatdıran mühüm vasitəçi rolunu oynayıb.

 

Əsas mövzular İrana qarşı sanksiyaların aradan qaldırılması yolları və Tehranın nüvə proqramı ilə bağlı müzakirələr ətrafında olub.

 

Tərəflər danışıqların gələn həftə davam etdirilməsi barədə razılığa gəliblər.

 

Qeyd edilib ki, iki saat yarımdan çox davam edən dolayı danışıqlar başa çatdıqdan sonra İran və ABŞ nümayəndə heyətlərinin başçıları Oman xarici işlər nazirinin iştirakı ilə bir neçə dəqiqə danışıblar.

 

**

Bu arada İran Xarici İşlər Nazirliyinin teleqram kanalında Omandakı danışıqlarla bağlı bəyanat dərc olunub. Qeyd edilib ki, ABŞ ilə danışıqlar konstruktiv olub.

 

** 15.37

 

İran və ABŞ arasında dolayı danışıqların ilk raundu başlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında İran XİN-in  sözçüsü İsmayıl Bəqayideyib.

 

Omanın paytaxtı Maskatda İranın xarici işlər naziri Abbas Araqçi ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında dolayı danışıqlar başlayıb.

 

Qeyd edilib ki, nümayəndə heyətləri ayrı-ayrı otaqlarda olacaqlar və mesajları onlara Oman rəsmiləri çatdıracaqlar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.