Ukrayna Prezidenti Volodimir Zelenski CBS televiziyasına müsahibəsində Amerika lideri Donald Trampı Rusiyanın işğalı nəticəsində yaranan dağıntıları görmək üçün Ukraynaya gəlməyə çağırıb.
Senzor.az bildirir ki, Zelenski CBS-nin “60 dəqiqə” verilişinə müsahibəsində deyib: “Lütfən, hər hansı qərar qəbul etməzdən, hər hansı danışıqlara başlamazdan əvvəl gəlib insanlara, mülki şəxslərə, əsgərlərə, xəstəxanalara, kilsələrə, uşaqlara baxın”.
Zelenskinin sözlərinə görə, Ukraynaya gələn kimi Tramp “Putinin nə etdiyini başa düşəcək”.
Senzor.az