Cümhuriyyət Xalq Partiyası (CHP) İstanbulda növbəti mitinq keçirib.
Senzor.az bildirir ki, Beylikdüzündə keçirilən mitinqdə korrupsiya istintaqı çərçivəsində saxlanılan və həbs edilən İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunun mesajı oxunub.
CHP sədri Özgür Özel mitinqdə çıxış edərək, məhbuslar buraxılana qədər meydanı tərk etməyəcəklərini bildirib.
"Bizdən soruşurlar ki, "A planınız və ya B planınız varmı?" Bizim üçün həm A planı, həm də B planı... Əkrəm İmamoğludur. Cümhuriyyət Xalq Partiyasının sədr Əkrəmdən başqa çeçimi yoxdur", - o, mitinqdə deyib.
Xatırladaq ki, Ə.İmamoğlu martın 19-da korrupsiyada şübhəli bilinərək saxlanılıb və polisin müşayiəti ilə məhkəməyə aparılaraq həbs olunub. Əkrəm İmamoğlunun həbsi Türkiyədə kütləvi etirazlara səbəb olub. İmamoğlu 2019-cu ildən İstanbul bələdiyyəsinə rəhbərlik edir və 2024-cü ildə yenidən bu vəzifəyə seçilib.