Türkiyə Daxili İşlər Nazirliyinin keçirdiyi “NARKOKAPAN-Ankara” əməliyyatı nəticəsində 525 nəfər saxlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində bildirib.
Onun sözlərinə görə, bu, Türkiyə Respublikası tarixində narkotikə qarşı ən böyük əməliyyatdır: "Bu gün səhər saat 05:00-da başlayan respublika tariximizin ən böyük narkotik əməliyyatını paytaxtımız Ankarada həyata keçirdik”.
Nazir qeyd edib ki, əməliyyata 4 min 768 polis, 1 461 xüsusi təyinatlı, 40 xüsusi təlim görmüş detektor it, 4 PUA və hava dəstək ünsürləri qatılıb. Onlar 626 fərqli ünvanda eyni zamanda əməliyyat keçirərək 525 nəfəri saxlayıblar.
Əməliyyat davam edir.