Rusiya XİN: "Moskva Ankara ilə İrəvan arasında yaxınlaşma səylərini dəstəkləyir"

Rusiya Ankara və İrəvan arasında yaxınlaşma səylərini dəstəkləməyə davam edəcək və bunu Cənubi Qafqazda sabitliyin əsas amili kimi nəzərdən keçirir.

 

Erməni KİV-in verdiyi məlumata görə, bu barədə Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin Ermənistan parlament sədrinin müavini Ruben Rubinyanla telefon danışığının nəticələrinə dair açıqlamasında bəyan edib.

 

Bildirilir ki, söhbət zamanı ikitərəfli münasibətlər və "3+3" regional platforması (Ermənistan, Azərbaycan, Gürcüstan üstəgəl Rusiya, İran, Türkiyə) çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.

 

Rubinyan Rusiya tərəfini Türkiyə ilə münasibətlərin normallaşması prosesində atılan son addımlar barədə məlumatlandırıb.

 

Rusiya XİN-dən vurğulanıb ki, dialoq konstruktiv şəraitdə keçib.

 

Ermənistan və Türkiyə arasında münasibətlər rəsmi olaraq tənzimlənməmiş qalır - diplomatik əlaqələr yoxdur, sərhəd 1993-cü ildən bağlıdır.

 

2021-ci ilin dekabrında Ankara və İrəvan münasibətlərin normallaşması üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin ediblər. 2022-ci ilin iyulunda Vyanada üçüncü ölkələrin vətəndaşları üçün sərhədin açılması və birbaşa hava yükdaşımalarına başlanması barədə razılaşma əldə edilib, lakin bu məsələlər hələ də həll olunmamış qalır.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.