ABŞ Prezidenti Donald Tramp Roma Papası Fransiskin dəfn mərasimində iştirak edəcək.
Senzor.az bildirir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində yazıb.
Onunla birlikdə birinci xanım Melania Tramp da dəfndə iştirak etmək üçün Romaya səfər edəcək.
Qeyd edək ki, Papa Fransiskin dəfn mərasimi onun vəfatından 4–6 gün sonra baş tutmalıdır.
Lakin hələlik mərasimin dəqiq tarixi müəyyən edilməyib.