Milli Məclisin növbəti plenar iclası başlayıb.
Senzor.az bildirir ki, iclas Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.
İclasın gündəliyinə Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatı və Azərbaycanla Somali arasındakı müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Sazişin təsdiqi layihəsi də daxil olmaqla ümumilikdə 12 məsələ var.
Artıq Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb. Hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edir.
Daha sonra isə deputatlar hesabatla bağlı fikirlərini bildirəcəklər.