ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiya Dövlət Departamentində hərtərəfli islahatlara başlayır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ABŞ dövlət katibi Marko Rubio bu barədə yazılı açıqlama yayıb.
“Şaxələnmiş bürokratiya artıq Amerikanın əsas milli maraqlarını irəli aparmaqdan daha çox radikal siyasi ideologiyaya xidmət edən sistemə çevrilib. Bu səbəbdən, bu gün mən Dövlət Departamentini XXI əsrin çağırışlarına uyğunlaşdıracaq genişmiqyaslı yenidən təşkil planını təqdim edirəm”, – deyə Rubio bildirib.