Ərdoğan AFAD Böhran Mərkəzinə getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) İstanbulda yaradılan Böhranın İdarəedilməsi Mərkəzinə gedib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, orada rəsmilərdən baş verən zəlzələ ilə bağlı məlumat alan ölkə başçısı mətbuata açıqlama verib.

 

Şəhərdə zəlzələdən sonrakı vəziyyət haqqında danışan Prezident Ərdoğan deyib: “Toplantıda zəlzələnin təsirlərini minimuma endirmək üçün atılan və atılacaq addımları dəyərləndirdik. Qarşıdakı dövr üçün lazım olan göstərişləri verdik. Vətəndaşlarımız arxayın olsunlar. Dövlət olaraq bütün qurumlarımızla 7/24 hazırlıq vəziyyətində olmağa və millətimiz üçün çalışmağa davam edəcəyik. Günorta saatlarından bu yana aparılan tədqiqat işləri nəticəsində zəlzələnin hiss olunduğu şəhərlərdə ciddi bir problem müşahidə olunmayıb”.

 

Qeyd edək ki, İstanbul Valiliyinin qərarına əsasən, şəhərin bütün məktəblərinin həyətləri, idman zalları və məscidləri zəlzələ qorxusu səbəbilə gecəni evlərində keçirmək istəməyən vətəndaşların istifadəsinə verilib. Türkiyənin Qızıl Aypara Cəmiyyəti və AFAD vətəndaşların əsas ehtiyaclarını qarşılamaq üçün bütün imkanlarını səfərbər edib.

 

Onu da xatırladaq ki, İstanbulda məktəblər və universitetlərdə təhsilə 2 gün fasilə verilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.