İstanbulda dünən saat 12:49-da Mərmərə dənizində Silivri yaxınlığında baş verən 6,2 maqnitudalı zəlzələdən sonra aprelin 24-ü səhərə qədər 266 afterşok qeydə alınıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Qurumu (AFAD) məlumat yayıb.
"Bu gün saat 09:00-a qədər 266 afterşok qeydə alınıb - onlardan 258-i 0-dan 4-ə qədər maqnitudada, yeddisi 4-dən 5-ə qədər maqnitudada, biri isə 5-dən yuxarı maqnitudada olub", - məlumatda deyilir.
Son məlumatlara görə, zəlzələ nəticəsində 236 nəfər xəsarət alıb.