İstanbulda Türkiyə və Rusiyanın xarici işlər nazirlərinin müavinləri arasında aprelin 25-də Yaxın Şərq üzrə məsləhətləşmələr keçiriləcək.
Bu barədə TASS-a Türkiyə XİN-dəki mənbə məlumat verib.
"2025-ci il aprelin 25-də İstanbulda Türkiyə və Rusiya Federasiyası arasında nazir müavinləri səviyyəsində Yaxın Şərq üzrə məsləhətləşmələr keçiriləcək. Məsləhətləşmələrdə Türkiyəni xarici işlər nazirinin müavini Nuh Yılmaz, Rusiyanı isə xarici işlər nazirinin müavini Mixail Boqdanov təmsil edəcək. Məsləhətləşmələr zamanı regional məsələlər, xüsusilə Suriya və Fələstinlə bağlı hərtərəfli fikir mübadiləsinin aparılacağı gözlənilir", - mənbə qeyd edib.
O, həmçinin əlavə edib ki, Rusiya Federasiyası Yaxın Şərqdəki hadisələr kontekstində Türkiyənin məsləhətləşmələr aparmaq üçün böyük əhəmiyyət verdiyi ölkədir.