"Rusiya Ukraynada münaqişənin həlli prosesində böyük güzəştə gedib və bütün Ukrayna ərazisinə iddia etmir".
TASS xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Müharibənin dayandırılması, bütün ölkənin işğalının dayandırılması olduqca böyük güzəştdir", - deyə ABŞ lideri Ağ Evin Oval Kabinetində Norveçin Baş naziri Yonas Qar Störe ilə görüşündə jurnalistlərin suallarına cavab verərkən bildirib.
Tramp qeyd edib ki, Krım Rusiyaya 11 il əvvəl - Ağ Evə Barak Obama başçılıq edərkən birləşdirilib.
"Bunun mənimlə heç bir əlaqəsi yoxdur. Onlar sadəcə onu təhvil verdilər, indi isə deyirlər ki, onu geri qaytara bilərsiniz? Düşünürəm ki, bunu etmək çox çətin olacaq", - ABŞ Prezidenti vurğulayıb.