Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
İclasda həmçinin Təhlükəsizlik Şurasının üzvü olmayan prezident Vaaqn Xaçaturyan da iştirak edib.
İştirakçılar ölkənin təhlükəsizliyi və xarici siyasəti ilə bağlı məsələləri müzakirə ediblər.
Qeyd edək ki, Təhlükəsizlik Şurasının tərkibinə baş nazirin müavinləri, xarici işlər naziri və güc strukturlarının rəhbərləri daxildir.